29.11.2022
26.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən “Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Xurşidbanu Natəvanın rolu”adlı tədbir təşkil edildi.
Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canindan keçən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Daha sonra oxu zalının böyük kitabxanaçısı Əfsanə Bağırova çıxış edərək Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edərək
şairənin 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərindı dünyaya gədiyini, ilk təhsilini dövrünün alim və sənətkarlarından alaraq doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrəndiyini, klassik poeziyanın incəliklərinə dərindən yiyələndiyini bildirdi.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən sonra ermənilər tərəfindən xaricə satılarkən Azərbaycan dövlətinin ölkəmizə qaytardığı Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın güllələnənmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı 270 yaşlı Şuşa şəhəri dirçəlir. 28 illik işğal zamanı erməni vandalizminə məruz qalmış qədim şəhərimizdəki tarixi abidələrimiz bərpa olunur, Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində ötən il “Xan qızı” bulağı bərpa edildi.